AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ümumrusiya Azərbaycan Konqresinin Rəyasət heyəti, Rusiyanın Azərbaycan diasporu Azərbaycan Respublikası prezidentinin ümumxalq seçkilərindəki inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir.
Bu seçkilərin nəticələri sülh, sabitlik və tərəqqi siyasətinə səs vermiş Azərbaycan xalqının kimi üstün tutduğunu və iradəsini tam aşkarlığı ilə nümayiş etdirdi.
Sizin seçkilərdə qələbəniz əminlik yaradır ki, Prezident Heydər Əliyevin həyata keçirdiyi demokratik dəyişikliklər və iqtisadi islahatlar Azərbaycan xalqının rifahı və azad, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə daha da inkişaf etdiriləcəkdir.
Öz fəaliyyətini güclü və nüfuzlu Azərbaycan diasporu yarqadılmasına yönəldən Ümumrusiya Azərbaycan Konrqesi hazırda Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşları ilə birlikdə bu qələbəyə töhfə vermişdir.
Konqres Rusiyada yaşayan milyonlarla həmvətənimizin iradəsini və niyyətini ifadə edərək, azərbaycanlıların sıx birləşməsinə, onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə hər vasitə ilə kömək göstərməyə və hərtərəfli Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və dərinləşməsi xəttinin həyata keçirilməsində Sizin dayağınız olmağa hazırdır.
Sizə respublikanın Prezidenti kimi yüksək vəzifədə Azərbaycan xalqının əmin-amanlığı, firavanlığı və tərəqqisi naminə uğurlu və səmərəli fəaliyyət arzulayırıq!
Hörmətlə,
Məmməd Əliyev
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti
Moskva, 17 oktyabr 2003-cü il.