AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ümummilli seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsi yolu ilə irəliləyişi davam etdirmək əzmində olduğunu təsdiqləmişdir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluğun, mehriban qonşuluğun və hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi Rusiyanın və Azərbaycanın xarici siyasət fəaliyyətində öncül istiqamət olaraq qalacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və yüksək vəzifənizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Vyaçeslav Trubnikov,
Rusiya Federasiyası xarici işlər nazirinin
birinci müavini
Moskva, 16 oktyabr 2003-cü il.