AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident seçkilərində qələbəniz münasibətilə ən xoş təbriklərimizi qəbul edin. Sizin qələbəniz Heydər Əlirza oğlunun qələbəsidir, Azərbaycan xalqının qələbəsi və demokratiyanın təntənəsidir.
Hörmətli İlham, Sizi hələ yeniyetmə çağlarınızdan, bütün ailənizin Pyatiqorska istirahətə gəldiyi vaxtlardan xatırlayıram. Sonralar tale bizi Heydər Əlirza oğlu ilə Moskvada onun SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədyi vaxtlarda dəfələrlə görüşdürdü. Yaxşı bilirəm, siyasi xadimlərin və dövlət xadimlərinin Heydər Əliyevin peşəkarlığını, prinsipiallığını və yüksək nüfuzunu tam qərəzsizliklə vurğulayır və səmimiyyətlə qiymətləndirirdilər.
Heydər Əlirza oğlu Azərbaycana yenidən rəhbərlik etməyə başlayanda Rusiyada çoxları rahat nəfəs aldılar: ölkəmizi əsrlərdən bəri mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin bağladığı dövlətə nəinki Azərbaycanda, həm də bütün postsovet məkanında ən layiqli, ən nüfuzlu rəhbər başçılıq edir.
Heydər Əlirza oğlu Prezidentlik illərində sabitliyin möhkəm bünövrəsini yarada bilmiş və dövlətin sosial-iqtisadi inkişafına güclü təkan vermişdir. İlham Heydər oğlu, Siz Azərbaycanın dünya iqtisadi və siyasi sisteminə daha yaxından inteqrasiyasının uzun sürən və çətin prosesinə başçılıq etməli olacaqsınız.
Siz artıq dünya birliyində öz dövlətinin milli mənafelərini qoruyan praqmatik və rasional siyasətçi kimi tanınmısınız.
İlham Heydər oğlu, Stavropol diyar ali məktəbləri rektorları şurasının sədri kimi, böyük siyasətdə on illərlə işləmiş insan kimi, Heydər Əlirza oğluna və Azərbaycan xalqına dərin hörmət bəsləyən insan kimi mən Sizi güclü hakimiyyətə, güclü iqtisadiyyata, güclü dövlətə doğru çox mühüm yolda hərtərəfli dəstəklədiyimi bəyan edirəm.
Dərin hörmətlə və bütün Azərbaycan xalqına xoş arzularla,
V.Kaznaçeyev
Stavropol diyar rektorlar şurasının sədri,
Pyatiqorsk Dövlət Texnologiya Universitetinin
rektoru, professor
Pyatiqorsk, 20 oktyabr 2003-cü il.