AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz Bakı-Tbilisi-Ceyhan Boru Xətti Şirkətinin Direktorlar Şurası, Ceyhanın yaxınlığındakı Adana şəhərində görüşə yığışarkən Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz xəbərini öyrəndik və bundan çox məmnun olduq. İcazə verin, bu əla nailiyyət münasibətilə Sizi Bakı-Tbilisi-Ceyhan Boru Xətti Şirkəti və onun payçıları adından təbrik edək. Biz inanırıq ki, Sizin seçilməyiniz, bütün dünyada Azərbaycanın siyasi və iqtisadi həyatında inkişafın göstəricisi, son on ildə Heydər Əliyevin Prezidentliyi ilə Azərbaycanın yaşadığı siyasi sabitlik və iqtisadi inkişafın davamının təsdiqi kimi qəbul olunur.
1994-cü ilin mayında İstanbulda “Azəri-Çıraq-Günəşli” yataqlarına dair danışıqlarla başlanan, 1994-cü ilin yayında Hyüston razılaşması ilə davam etdirilən və daha sonra “Əsrin müqaviləsi” ilə tamamlanan Heydər Əliyevin uzaqgörən neft siyasətinə Sizin sadiq xidmətiniz, ilkin neft ixracı marşrutu və “Çıraq-1” layihələrinə əvəzsiz töhfəniz, bu yaxınlarda birbaşa rəhbərliyinizlə Bakı-Tbilisi-Ceyhana – əsrin tikintisi Layihəsinə hərtərəfli köməyiniz bizə Azərbaycan Respublikasının və ümumən Qafqaz regionunun inkişafına yönəlmiş Şərq-Qərb enerji dəhlizinin yaranması işində xidmətimizi davam etdirməyə inam verir.
Əsrin tikintisi layihəsinin işinə daimi dəstəyinizə görə minnətdarıq və icazə verin, regiondakı ən çətin işdə Sizə uğur diləyək.
Səmimiyyətlə Sizin,
Natiq Əliyev
Bakı-Tbilisi-Ceyhan Boru Kəməri
Şirkətinin Prezidenti
Maykl Taunsend
Bakı-Tbilisi-Ceyhan Boru Kəməri
Şirkətinin Baş icraçısı
Devid Vudvord (bp)
Mayk Barnes (Yunokal)
Con Hoyns (Statoyl)
Əli Qaraqaya (TPAO)
Yan Klod Naro (TotalFinaElf)
Alberto Luqli (Eni)
Syuçi Arase (İtoçu)
Arne Holhjem (Konoko Filips)
Kazuaki Kihara (İNPEKS)
Tom Sprinqall (Amareda Hess)
23 oktyabr 2003-cü il.