AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə Sizi Başqırdıstan Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz fəaliyyətinizi seçicilərin geniş dəstəklədiyinə və respublikanın həyatının bütün sahələrinin ardıcıl inkişafının davam etdiriləcəyi ilə əlaqədar Sizə böyük ümidlər bəslədiyinə sübutdur.
Başqırdıstanla Azərbaycan arasında çoxşaxəli sosial-iqtisadi və mənəvi-mədəni əlaqələr yaranmışdır. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın mənafeləri naminə gələcəkdə də fəal surətdə möhkəmləndiriləcəkdir.
Sizə və yaxın adamlarınıza möhkəm cansağlığı, firavanlıq, çətin və məsul işinizdə Azərbaycan Respublikasının rifahı naminə uğurlar arzulayıram.
Hörmətlə,
Murtaza Rəhimov,
Başqırdıstan Respublikasının Prezidenti.
Ufa, 24 oktyabr 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]