AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi böyük məmnuniyyət hissi ilə təbrik edirəm. Sizin mütərəqqi rəhbərlik keyfiyyətiniz, geniş təcrübəniz və Azərbaycan xalqı tərəfindən göstərilən böyük ümumxalq dəstəyi Prezidentliyə başladığınız vaxt Sizə kömək edəcəkdir.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan demokratik dövlət təsisatlarının və bazar iqtisadiyyatının yaradılmasında böyük nailiyyətlər əldə etmişdir. Sizin hökumətiniz dünyanın EksonMobil kimi iri neft və qaz şirkətlərinə ölkənin enerji ehtiyatlarının kəşfiyyatı və işlənilməsində iştirak etmək imkanı verən əlverişli sərmayə qoyuluşu mühitinin yaradılmasında müvəffəqiyyətlər qazanmışdır. Bu nailiyyətlərə əsaslanaraq, Azərbaycanın daimi inkişafına rəhbərlik etmək həm mühüm və həm də maraqlı bir işdir. Biz Sizə bu səylərin həyata keçirilməsində ən xoş arzularımızı bildiririk.
EksonMobil şirkəti Azərbaycan hökuməti ilə gözəl iş əlaqələrini yüksək qiymətləndirir və biz bu əlaqələrin gələcəkdə də davam etdirilməsini böyük məmnuniyyətlə gözləyirik. Xahiş edirəm, Prezident seçilməyiniz münasibətilə bir daha səmimi təbriklərimi və xoş arzularımı qəbul edəsiniz.
Hörmətlə,
Tim Seyka
EksonMobil şirkətinin
icraçı vitse-prezidenti.