AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Rusiya Jurnalistlər İttifaqı və şəxsən mən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Seçkilərdə inamlı qələbəniz əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan xalqı şəxsən Sizi və respublikanın iqtisadi, sosial, mədəni və digər bütün sahələrdə bundan sonra da ardıcıl inkişafına dair proqramınızı yekdilliklə dəstəkləyir.
Rusiyada biz Sizin qələbənizə ürəkdən şadıq və əminik ki, Siz xarici siyasətdə də Rusiya ilə və Rusiya xalqı ilə ənənəvi dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə sadiq qalacaqsınız. Sizin bu istiqamətdə hər hansı addımlarınız ölkəmizin xalqlarında son dərəcə xeyirxahlıqla qarşılanacaqdır.
Rusiya Jurnalistlər İttifaqı bizim təşkilatımıza və onun tədbirlərinə daim səmimi münasibət bəslədiyinizə görə Sizə ürəkdən minnətdardır. Ümidvar olduğumuzu bildiririk ki, şəxsən Sizinlə olan bu dostluq münasibətləri ölkələrimizin jurnalistlərinin və KİV-lərinin mənafeləri naminə davam etdiriləcəkdir.
Əziz İlham Heydər oğlu, Sizə yüksək vəzifənizdə səmimi qəlbdən ən böyük uğurlar arzulayır və əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası və Azərbaycan xalqı ölkənizin tərəqqisinə nail olmağa doğru növbəti addım atacaqlar. Şübhə etmirik ki, ölkələrimizin xalqları və jurnalistləri arasında qardaşlıq münasibətləri və sarsılmaz dostluq möhkəmlənəcək və inkişaf edəcəkdir.
Ən səmimi şəxsi salamla Sizin,
Vsevolod Boqdanov
Rusiya Jurnalistlər İttifaqının sədri
Moskva, 23 oktyabr 2003-cü il.