AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Günəşli Azərbaycanın Prezidenti seçilməyiniz xəbərini böyük sevinclə qarşıladım.
Xalqın bu seçimi təsadüfi deyildir. Bu seçim ürəkdən və aydın zəkadan irəli gəlmişdir. Xalqın bu seçimi böyük şəxsiyyət olan atanız Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün illər ərzində - istər sovet dövründə, istərsə də demokratik Azərbaycanın Prezidenti olduğu dövrdə xalq üçün gördüyü bütün yaxşı işlərə görə ona minnətdarlığın ifadəsidir.
Bu seçim xalqın oğula bütün işləri Atası kimi, bəzən də daha yaxşı görmək arzusudur.
Bu seçim xalqın bütün xalqlarla və ilk növbədə, Rusiya xalqları ilə dostluğu möhkəmlətmək, keçmiş əməkdaşlığı dirçəltməyə nail olmaq tapşırığıdır.
Heydər Əlirza oğluna mənim ürəkdən gələn salamımı, tezliklə və tamamilə sağalması barədə arzumu yetirin.
Sizə, eləcə də bütün Azərbaycan xalqına xoşbəxt həyat qurmaq yolunda böyük uğurlar arzulayıram.
Hörmətlə,
Nikolay Konarev,
“İntertrans” Qapalı Səhmdar Cəmiyyətinin
baş direktoru.
Moskva, 22 oktyabr 2003-cü il.