AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasındakı prezident seçkilərində qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən Sizinlə birlikdə sevinirəm ki, ölkənizin inkişafı naminə gördüyünüz böyük işlər bu seçimlə xüsusi tərzdə qiymətləndirilmişdir. Bu, eyni zamanda, Sizin hörmətli atanızın bazar iqtisadiyyatı və demokratiyanın inkişafı yolunda təşəbbüslərinin, daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirdiyi tədbirlərin layiqincə qiymətləndirilməsinin ifadəsidir.
Siz bu vəzifəni qlobal iqtisadi və siyasi tələblər zamanında öz üzərinizə götürmüsünüz. Bu tarixi dövrdə müasir texnologiyaların köməyi ilə gələcək üçün bir çox nailiyyətlər əldə etmək mümkündür.
Mən Sizə yeni vəzifənizin öhdəsindən gəlmək üçün qüvvə və müvəffəqiyyət, bir qədər də, hətta ən cəsarətli insana da lazım olan bəxt arzulayıram. Bu arzularımı mən Azərbaycanla bizim konsern arasında olan ənənəvi əməkdaşlığı möhkəmləndirmək ümidi ilə əlaqələndirirəm. Dərin hörmətlə,
Henrix fon Pirer “Simens” Səhmdar Cəmiyyəti Mərkəzi
rəyasət heyətinin üzvü.