Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ H.Ə.ƏLİYEVİN və RUSİYA FEDERASİYASININ PREZİDENTİ V.V.PUTİNİN BİRGƏ BƏYANATI

Rusiya Federasiyasının Prezidenti V.V.Putinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyev 2002-ci il yanvarın 24-26-da Rusiya Federasiyasında dövlət səfərində olmuşdur. 

Dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin geniş spektri üzrə ətraflı fikir mübadiləsi apardılar, bu münasibətlərin inkişafı gedişinə və perspektivinə nəzər saldılar, qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional problemləri müzakirə etdilər

və aşağıdakıları bəyan etdilər:

1. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri 3 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” və 9 yanvar 2001-ci il tarixli “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi”ndə qeyd olunmuş prinsiplər əsasında ikitərəfli münasibətləri genişləndirmək və dərinləşdirmək qətiyyətində olduqlarını təsdiq etdilər. Onlar Rusiya Federasiyasının Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci ildə Azərbaycan Respublikasına rəsmi səfərindən sonra Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında nail olunmuş müsbət dinamikanı məmnunluqla vurğuladılar.

2. Tərəflər yüksək səviyyədə Azərbaycan-Rusiya konstruktiv dialoqunun müstəsna əhəmiyyətini qeyd etdilər. Onlar bununla əlaqədar iki dost dövlət arasında hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin Rusiya Federasiyasına dövlət səfərinin vaxtında həyata keçirildiyini və əhəmiyyətini qeyd etdilər.

3. Tərəflər 11 sentyabr 2001-ci ildə ABŞ-ın ərazisində törədilmiş misli görünməmiş terror aktını qətiyyətlə pisləyərək, beynəlxalq terrorizm, ekstremiz və təcavüzkar separatizmin artmaqda olan təhlükəsini və ağır nəticələrini dərk edərək, bu təzahürlərin beynəlxalq münasibətlərdə təhlükəsizliyə və sabitliyə artmaqda olan hədə olduğunu qeyd etdilər, bu ümumbəşəri bəlanın tam şəkildə aradan qaldırılması məsələlərində ikitərəfli və çoxtərəfli əməli əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiq etdilər.

4. Prezidentlər qarşılıqlı maraq doğuran məsələlər üzrə müxtəlif səviyyələrdə xarici siyasət sahəsində ikitərəfli məsləhətləşmələr praktikasının faydalı olduğunu təsdiq etdilər və onun davam etdirilməsinə tərəfdar olduqlarını bildirdilər.

5. İki ölkənin rəhbərləri Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin Rusiya Federasiyasına dövlət səfəri zamanı imzalanmış ikitərəfli sənədlərin dövlətlərarası münasibətlərin daha da tammiqyaslı genişləndirilməsi və möhkəmləndirilməsi üçün etibarlı əsas olduğunu və mövcud müqavilə-hüquq bazasını yeni məzmunla tamamlayacağını qeyd etdilər.

6. Azərbaycan Respublikası və Rusiya Federasiyası ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın nəticələrindən məmnun olduqlarını bildirdilər, habelə bu sahədə böyük potensialın mövcudluğunu və bununla əlaqədar olaraq qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və ticarət dövriyyəsi həcminin artırılmasının, energetika sahəsi də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində kooperasiyanın inkişafının zəruriliyini qeyd etdilər.

Onlar bununla iqtisadiyyat sahəsində ikitərəfli razılaşmaların həyata keçirilməsində İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının xüsusi rolunu bir daha qeyd etdilər, səfər zamani imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2010-cu ilədək olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə”nin mühüm əhəmiyyətini təsdiq etdilər.

Tərəflər səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Qəbələ radiolokasiya stansiyasının (“Dəryal” RLS) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında saziş”in vacibliyini qeyd etdilər.

7. Azərbaycanın və Rusiyanın liderləri qarşılıqlı surətdə faydalı çoxplanlı ikitərəfli əməkdaşlığın mühüm tərkib hissələrindən biri olan parlamentlərarası əlaqələrin inkişafını məmnunluqla qeyd etdilər.

8. Prezidentlər habelə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Rusiya Federasiyasının ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Rusiya Federasiyası vətəndaşlarının hüquqi statusu haqqında müqavilə”nin imzalanmasının vacibliyini qeyd etdilər.

Dövlət başçıları iki ölkə xalqlarının hərtərəfli şəkildə daha da yaxınlaşmasının, mədəniyyət, elm və təhsil, informasiya, turizm və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin, habelə Azərbaycan və Rusiya xalqları arasında ənənəvi dostluq və etimad tellərinin möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin zəruriliyinə diqqət yetirdilər.

9. Prezidentlər demokratik proseslərin möhkəmləndirilməsini, insan hüquqları və əsas azadlıqlarına riayət olunmasını hər iki ölkədə siyasi, iqtisadi, sosial və humanitar sahələrdə həyata keçirilən islahatların dönməzliyinin mühüm şərti kimi qeyd etdilər.

10. Azərbaycanın və Rusiyanın rəhbərləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədlərinin delimitasiyası üzrə işləri müsbət qiymətləndirdilər və dövlət komissiyalarının işinin davam etdirilməsinin zəruriliyini təsdiq etdilər.

11. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentləri Xəzəryanı ölkələr arasında mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, onların suveren hüquqlarını nəzərə almaqla, aralarında ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın inkişaf etdirilməsinə hərtərəfli kömək etmək niyyətindədirlər. Onlar bununla əlaqədar beş Xəzəryanı dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan görüşünə son dərəcə böyük əhəmiyyət verirlər.

Prezidentlər bütün Xəzəryanı dövlətlərin ümumi razılığı əsasında Xəzər dənizinin yeni hüquqi statusunun tezliklə müəyyən edilməsinə öz ölkələrinin səy göstərməsini bir daha təsdiq etdilər. Onlar Xəzər dənizinin hüquqi statusu haqqında məsələdə iki dövlətin 9 yanvar 2001-ci il tarixli “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyannamə”də öz əksini tapmış mövqelərinin yaxınlığını məmnunluqla vurğuladılar.

Azərbaycan Respublikası və Rusiya Federasiyası Xəzərin problemlərinə dair, o cümlədən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi işçi qrupu formatında danışıqlar prosesinin davam etdirilməsinə tərəfdardırlar.

Prezidentlər Xəzərin hüquqi statusuna dair Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşması məsələsində daha bir müsbət addım olan 29 noyabr 2001-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında saziş”in vacibliyini qeyd etdilər.

12. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentləri regiondakı vəziyyətə dair fikir mübadiləsi edərək, Qafqazda təhlükəsizliyin təmin olunması məsələlərində əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin zəruriliyini bir daha bəyan etdilər.

Onlar Qafqazda vəziyyətin normallaşdırılması, sülhün və sabitliyin bərpası, habelə münaqişələrin tezliklə sülh yolu ilə həll olunması sahəsində təsirli tədbirlər görülməsinin zəruriliyini qeyd etdilər.

 

Onlar bununla bağlı Azərbaycan Respublikası, Ermənistan Respublikası, Gürcüstan və Rusiya Federasiyası rəhbərlərinin müntəzəm görüşlərinin davam etdirilməsinə tərəfdar olduqlarını bildirdilər və bu görüşlərin səmərəliliyinin artırılmasının zəruriliyini qeyd etdilər.

Dövlət başçıları Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya parlamentləri rəhbərlərinin regionda münaqişələrin həll olunmasına kömək etməyə yönəldilmiş görüşlərinin əhəmiyyətini qeyd etdilər.

13. Azərbaycan Respublikası və Rusiya Federasiyası regional münaqişələrin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş normalarına uyğun olaraq və ilk növbədə dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına riayət olunması və təmin edilməsi əsasında həllinə kömək etmək qətiyyətini bir daha təsdiq etdilər.

Bundan çıxış edərək, iki ölkənin prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə siyasi həllinə və BMT TŞ-nin müvafiq qətnamələrinin və ATƏT-in bu məsələ üzrə qərarlarının yerinə yetirilməsinə tərəfdardırlar.

Rusiya Federasiyasının Prezidenti Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında yüksək səviyyədə davam edən birbaşa dialoqa dəstək verdiyini təsdiq etdi və bu dialoqun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, Azərbaycanla Ermənistan arasında sülhün bərpasına kömək edəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Respublikasının Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya Federasiyası tərəfindən əlavə səylər göstərilməsinin zəruriliyini bildirdi.

Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazdakı münaqişələr nəticəsində qaçqınların və köçkün düşmüş şəxslərin tezliklə könüllü və təhlükəsiz şəkildə doğma yerlərinə qayıtmalarına kömək etməyə hazır olduqlarını bəyan edirlər.

14. İki ölkənin prezidentləri regionda beynəlxalq nəqliyyat yollarının inkişafının mühüm əhəmiyyətini qeyd etdilər və bununla əlaqədar çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar açan, o cümlədən quru və su yollarından istifadə etməklə Şimal-Cənub nəqliyyat dəhlizinə Azərbaycanın və Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinə Rusiyanın tezliklə qoşulmasına kömək etməyə qarşılıqlı şəkildə hazır olduqlarını təsdiq etdilər.

15. Dövlət başçıları BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş digər normalarına tərəfdar olduqlarını təsdiq etdilər. Onlar strateji sabitliyin möhkəmləndirilməsi, silahlanma və tərksilaha nəzarət sahəsində mövcud müqavilələr sisteminin saxlanılması, kütləvi qırğın silahlarının və bunları daşıma vasitələrinin yayılmaması prosesinin irəli aparılması, istisnasız olaraq bütün dövlətlərin təhlükəsizliyinin təmini üçün səylərin dəstəklənməsini bir daha bəyan etdilər.

 

16. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri BMT, ATƏT, Avropa Şurası, MDB, digər beynəlxalq təşkilatlar, universal və regional xarakterli forumlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin genişləndirilməsinə tərəfdar olduqlarını bildirdilər və bu əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəldilər.

17. Prezidentlər iştirakçı dövlətlər arasında inteqrasiya və əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadilələri üçün Müstəqil Dövlətlər Birliyinin əhəmiyyətini qeyd etdilər.

18. Dövlət başçıları aparılmış konstruktiv və səmərəli danışıqların qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq ruhunda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə müsbət töhfə verdiyini vuğuladılar.

Prezident H.Ə.Əliyev, göstərdiyi mehriban, səmimi qəbula görə Prezident V.V.Putinə minnətdarlığını bildirdi və onu Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

Moskva şəhərində “ 25 “yanvar 2002-ci i ldə iki nüsxədə Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasının

Prezidenti Prezidenti

H.Əliyev V.Putin

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda