AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDDƏN LONDONA GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində müalicəsini uğurla başa çatdıraraq, fevralın 25-də Londona yola düşmüşdür.
Dövlətimizin başçısını Klivlend hava limanında Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Hafiz Paşayev, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Yaşar Əliyev və digər rəsmi şəxslər yola salmışlar.
Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün Londona gəlmişdir. Respublikamızın rəhbərini hava limanında Azərbaycanın Böyük Britaniyadakı səfiri Rəfael İbrahimov qarşılamışdır.
Föto Rafiq Bağırovundur