AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti kimi and içməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali işinizdə Sizə böyük uğurlar arzulayırıq. ATƏT-in prinsip və öhdəliklərinə əməl edilməsində, o cümlədən Azərbaycan Respublikasının ATƏT çərçivəsində əməkdaşlığının Azərbaycan xalqının rifahı naminə daha da gücləndirilməsində gələcəkdə Sizinlə işləməkdən məmnun olardım.
Ofisimizin qanunun aliliyi və yaxşı idarəçiliyin möhkəmləndirilməsi, davamlı inkişafın dəstəklənməsi, eləcə də siyasi qərarların qəbul edilməsi prosesində açıqlıq, şəffaflıq və iştirakın təşviq olunması sahəsindəki səyləri Sizə bəllidir. Ümidvaram ki, Sizin rəhbərliyiniz altında Azərbaycanla birgə apardığımız işlər əsl ədalət, azadlıq və hər bir fərdin hüquq və ləyaqətinə hörmətlə yanaşma sahəsində daha böyük tərəqqi əldə etməyə imkan yaradacaqdır.
Xüsusən də Sizi Azərbaycan xalqının sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədinə nail olmaqda dəstək verəcəyimizə əmin etmək istərdik. Bu baxımdan, biz Azərbaycanda 600.000 iş yerinin açılması ilə bağlı fikrinizi xüsusi maraqla qarşılamışıq. Zati-aliləri cənab Prezident, biz bu işdə Sizə dəstək verməkdən məmnun olardıq və bu məqsədə çatmağın yollarını müzakirə etmək üçün yaxın gələcəkdə Sizə münasib vaxtda məni qəbul etsəniz çox şad olardım.
Zati-aliləri, bir daha təbriklərimi və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə Sizin,
Piter Burhard,
Səfir, ATƏT-in Bakı ofisinin rəhbəri.
Bakı, 31 oktyabr 2003-cü il.