AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İki materikin və üç qitənin yəhudilərini birləşdirən Avrasiya Yəhudi Konqresi adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə başlamağınız münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan yəhudilərinin tarixi əsrlərin dərinliklərindən başlayır və həqiqətən, nadir xarakter daşıyır. Sonralar, sovet yəhudilərinə qarşı ayrı-seçkilik dövründə isə ölkənizin rəhbərliyinin sərt və birmənalı mövqeyi sayəsində bu hadisələr Azərbaycan torpağına toxunmamışdır.
İndi də Azərbaycanda yəhudilər nəinki bir-biri ilə, həm də ölkədəki müsəlman və xristian əhali ilə dinc və razılıq şəraitində yaşayırlar. Biz İsraili və bütün Yaxın Şərqi bu cür görmək arzusundayıq.
Cari ilin martında Avrasiya Yəhudi Konqresinin rəhbərliyi və ravvinləri Bakıda Azərbaycanın digər iki konfessiyasının liderləri – şeyxülislam Hacı Allahşükür Paşazadə və Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrla görüşmüşlər.
Qoy Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası planetimizin xalqlarının sülhə və həmrəyliyə doğru yoluna işıq saçan dözümlülük və sabitlik mayakı olsun.
Hörmətlə,
Aleksandr Maşkeviç
Avrasiya Yəhudi Konqresinin prezidenti.