AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz İlham Əliyevi Azərbaycanın ali vəzifəsinə layiqli olaraq seçilməsi münasibətilə ürəkdən təbrik edirik.
Siz böyük atanızın – Heydər Əliyevin işlərinin layiqli davamçısısınız. Biz hamımız ümid bəsləyirik ki, Sizin bacarıqlı rəhbərliyinizlə zəngin ölkəniz daha da tərəqqi edəcəkdir.
Əziz Mehriban xanıma və bütün gözəl ailənizə səmimi təbriklərimizi yetiririk.
Sevimli Bakı şəhərində, gözəl filarmoniyanın salonunda yeni görüşlər keçirəcəyimizə ümid bəsləyirik.
Sizin sadiq bakılı musiqiçiləriniz,
Bella Davidoviç,
Dmitri Sitkovetski
31oktyabr 2003-cü il.