AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu gün, bütün düşünən və tərəqqipərvər bəşəriyyətin Azərbaycan xalqının müdrik qərarını – Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyinizi yüksək qiymətləndirdiyi və alqışladığı bir vaxtda, Gürcüstan və gürcü xalqı bu məntiqi addımla xüsusilə fəxr edir. Bu addımla bizim ailəmiz də fəxr edir, çünki biz Azərbaycana biganə deyilik.
Mərhum atamız – tanınmış gürcü kinodramaturqu, Lenin və Dövlət mükafatları laureatı, “Əsgər atası”, “Torpaq, sənin oğlun”, “Sənin əllərinin hərarəti”, “Tinglər”, “Don Kixot” filmlərinin və digər filmlərin müəllifi Suliko Jgenti zəmanəmizin qeyri-adi siyasətçisi və diplomatı Heydər Əlirza oğlu Əliyevin misilsiz keyfiyyətlərinə, nadir şəxsiyyətinə yüksək ehtiram bəsləyir və həmişə xüsusilə fəxr edirdi ki, onun “Əsgər atası” filmi dünyanın kinoekranlarına müzəffər yürüşünə 1965-ci ildə məhz Bakı şəhərindən başlamışdır.
Bu gün də ailəmiz çoxsaylı gürcü ziyalıları ilə birlikdə belə bir fakta sevinir ki, istedadlı, yüksək intellektli və ziyalı insan olaraq məhz Siz
atanızın böyük işlərini davam etdirməyə, xalqı əsl sənətin və əbədi bəşəri dəyərlərin həqiqi qiymətini bilən ölkəyə başçılıq etməyə layiqsiniz.
Sizə və bütün Azərbaycan xalqına ölkələrimizin xalqlarının rifahı və dostluğunun möhkəmlənməsi naminə uğurlar və tərəqqi arzulayırıq.
Sizə səmimi hörmətlə,
Olqa və Ketevan
Kinodramaturq Suliko Jgentinin qızları
Tbilisi, 30 oktyabr 2003-cü il.