AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qəti əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan sabit inkişaf edəcək, regionda təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir.
Əmin olduğumu bildirirəm ki, Vyetnamla Azərbaycan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə dönmədən möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı və çox məsul vəzifənizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Çan Dık Lıonq,
Vyetnam Sosialist Respublikasının Prezidenti
Hanoy, 22 oktyabr 2003-cü il.