AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin prezident seçkilərində qazandığınız böyük qələbə qəlbimizi sevinc hissi ilə doldurur. Bu qələbə bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Siz özünüzün böyük fitri istedadınız, cəsarətli, fəal və məqsədyönlü fəaliyyətinizlə müstəqil Azərbaycanımızın daha da möhkəmləndirilməsi, sülhün, demokratiyanın qorunub saxlanması, ölkənin xarici, daxili və sosial-iqtisadi maraqlarının təminatı, habelə mədəniyyət, elm və idmanın vüsətli inkişafı istiqamətində dahi Heydər Əliyevin siyasi xəttinin sadiq davamçısı kimi misilsiz xidmətlər göstərmisiniz.
Əziz və hörmətli İlham Əliyev,
Sizi ölkəmizin Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, bu şərəfli və məsuliyyətli işdə Sizə uğurlar diləyirik.
Ulu Tanrı köməyiniz olsun!
Hacıbaba Bağırov,
Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının bədii rəhbəri və direktoru,
xalq artisti,
Elxan Ocaqov,
teatrın sərəncamçı direktoru
17 oktyabr 2003-cü il.