AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz İlham Heydər oğlu!
İcazə verin, seçkiqabağı kampaniyanın uğurla başa çatması və ümumxalq iradəsinin ifadə olunmasının heyrətamiz nəticələri münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Azərbaycan xalqı Sizin namizədliyinizə səs verərək, artıq 10 ildir respublikamızı irəli aparan siyasi və iqtisadi xəttə sadiqliyini nümayiş etdirdi. O, daha heç kimə öz üzərində təcrübələr aparmağa yol verməyəcəyini sübut etdi, Azərbaycanı yenidən anarxiya və idarəolunmaz xaos vəziyyətinə salmaq cəhdlərinə qətiyyətlə “Yox!” dedi.
1993-2003-cü illər gərgin dövlət quruculuğu, hakimiyyətin mərkəzləşdirilmiş vertikalının möhkəmləndirilməsi, cəmiyyətin siyasi və iqtisadi həyatının ən müxtəlif sahələrində vüsətli islahatlar və dəyişikliklər aparılması dövrü olmuşdur. Həmin illərdə Heydər Əliyev Azərbaycanı dünyaya açdı və bütün dünyaya tanıtdı. O, respublikanın dövlət müstəqilliyini qoruyub saxladı və möhkəmlətdi, bu prosesi dönməz etdi.
Əziz İlham Heydər oğlu, inanırıq ki, Siz bu nailiyyətləri qoruyub saxlayacaq və artıracaqsınız, ölkəyə rəhbərliyinizin ilk beş ili yeni heyrətamiz uğurlarla, daxili və xarici problemlərin həllində irəliyə doğru böyük sıçrayışla əlamətdar olacaqdır.
Əminəm ki, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar qazanacaqsınız, çünki Sizin arxanızda Heydər Əliyevin siyasi dühası və çoxmilyonlu Azərbaycan xalqının etimadı durur!
Yalnız ilk addım çətin olur. Lakin yolun damarını yolçu qırar!
Səmimi hörmətlə,
Elmira Axundova,
Azərbaycan Yazıçılar Birliyi İdarə
heyətinin üzvü, respublika Prezidenti
yanında əfv komissiyasının üzvü
16 oktyabr 2003-cü il.