AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
2003-cü ilin 15 oktyabrında ədalətin tam hökmranlığı şəraitində keçirilmiş prezident seçkilərində olduqca inandırıcı surətdə müxalifətə qalib gəlməyiniz və bununla doğma xalqımızın sevimli, istəkli, əziz oğlu olmağınızın rəsmi təsdiqini almağınız münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimiz və xalqımız naminə Sizə yeni-yeni uğurlar diləyirik.
Zati-aliləri! Biz əminik ki, tariximizin son 30 ili kimi gələcəyimiz də böyük öndər, misilsiz Prezident, əziz cənab Heydər Əlirza oğlu Əliyevin parlaq zəkasının ziyası ilə işıqlanacaq, onun əzəmətli, tükənməz yaradıcılıq istedadı ilə gerçəkləşən inkişaf yolları sevimli xalqımızı firavan, səadət dolu həyata gətirib çıxaracaqdır. Fikrimizcə, Sizin Prezidentlik dövrünüz bu inkişafın olduqca böyük əhəmiyyət kəsb edən yeni tarixi mərhələsinin yaradıcısı kimi ümumbəşər rəğbəti qazanacaqdır.
Möhtərəm Prezident!
Heç şübhə etmirik ki, Siz böyük Heydər Əliyevin rəhbərlik ənənəsinə sadiq qalaraq, digər sahələrlə yanaşı, mədəniyyətin, o cümlədən ifaçılıq sənətinin tərəqqisinə də daim diqqət və qayğı göstərəcəksiniz. Biz isə fəaliyyətini respublikamızda klassik vokal ifaçılığının inkişafına həsr etmiş sənət adamları kimi, bu işdə Sizə var qüvvəmizlə kömək etməyi özümüzün şərəfli borcu bilirik.
Çox hörmətli və əziz İlham Heydər oğlu!
Respublika Prezidenti vəzifəsində fəaliyyətinizin uğurlu olacağına inanır, xalqımız, dövlətimiz naminə Sizə, gözəl ailənizə böyük müvəffəqiyyətlər və səadət arzulayırıq.
Fidan və Xuraman Qasımovalar xalq artistləri.