AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Xalqın iradəsi və inamı onun seçki fəallığında əksini tapdı. Xalq öz gələcəyini onu fəlakətdən xilas edən Heydər Əliyev məktəbinin yetişdirdiyi siyasi xadim kimi Sizə - İlham Heydər oğlu Əliyevə etibar etdi. Sizin nüfuzlu beynəlxalq məclislərdə söylədiyiniz kəsərli nitqlərinizin nəticələrindən biri də Ermənistanın təcavüzkar kimi tanınmasıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti vəzifələrində fəaliyyətinizdəki nailiyyətlərə əsaslanaraq, məhz Sizə etibar edirik.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi ümumxalq səsverməsində əldə etdiyiniz müvəffəqiyyət və Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, xalqımızın xoşbəxtliyi uğrunda görəcəyiniz bütün işlərdə müvəffəqiyyətlər arzulayır.
Səmimi qəlbdən Sizə möhkəm cansağlığı, tükənməz enerji diləyirik.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi adından
Hörmətlə,
Ömər Eldarov,
Akademiyanın rektoru, professor, akademik
24 oktyabr 2003-cü il.