AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin Respublika Prezidenti seçilməyiniz münasibətilə Azərbaycan xalqını təbrik edirik. Bu qələbə Azərbaycan xalqının qələbəsi, onun xoşbəxtliyidir. Biz şəksiz inanırıq ki, lap yaxın gələcəkdə Azərbaycan xalqı öz seçimində yanılmadığına, öz gələcəyini müdrik insana tapşırmaqla xoşbəxt gələcəyə alnıaçıq, üzüağ çıxacağına əmin olacaqdır. Azərbaycan xalqı bundan sonra öz taleyini Sizinlə bağlayacaqdır.
Azərbaycan xalqı naminə bu şərəfli, məsuliyyətli, ancaq çətin işinizdə Sizə uğurlar, cansağlığı, ailə xoşbəxtliyi diləyirik.
Hörmətlə,
Xalq yazıçısı
Süleyman Rəhimovun ailəsi.
16 oktyabr 2003-cü il.