AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident, bizim ailənin üzvləri seçkilərdən hələ çox-çox qabaq əmin idi ki, Siz qalib gələcəksiniz. Biz bilirik ki, xalqımızın xoşbəxt və firavan yaşamağı naminə öz enerjinizi və qüvvənizi sərf edəcəksiniz. Sizə bu böyük vəzifənizdə müvəffəqiyyətlər arzulayırıq.
5 yaşlı oğlum ilə gəzməyə çıxdığımız günü heç vaxt unutmayacağıq. Çünki həmin gün – 2003-cü il oktyabrın 16-da Müsavat Partiyası üzvlərinin törətdiyi vəhşilik nəticəsində hər ikimiz – uşağım və mən ölümcül halda M.Nağıyev adına xəstəxananın reanimasiya şöbəsinə düşmüşdük. Bu vəhşilər heç kimə məhəl qoymamış, oğluma və mənə də bədən xəsarəti yetirmişdilər. Mən və bütün ailə üzvlərimiz onların bu cür hərəkətlərini ancaq vandalizm hesab edirik.
Cənab Prezident, Azərbaycan xalqı inanır ki, Sizin rəhbərlik etdiyiniz müddətdə bu cür hərəkətlərə bir daha yol verilməyəcək və Siz Azərbaycanı, öz xalqınızı xoşbəxt gələcəyə aparacaqsınız.
Sizə və ailənizə uzun ömür və cansağlığı arzulayırıq.
Hörmətlə,
16 oktyabr iğtişaşlarında zərər çəkən
və Sizin qayğınızla sağlamlığını bərpa
edən 5 yaşlı Tofiq və anası Arzu