AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz Prezident Əliyev,
Amerika xalqı adından mən Sizə və Azərbaycan xalqına sevinc dolu Ramazan bayramı arzulayır və ən xoş diləklərimi yetirirəm.
Amerikalılar müxtəlif dinlərə sitayiş edir, müxtəlif üsullarla dualarını Allaha çatdırırlar və bütün dinlərə, təqirətlərə hörmətlə yanaşırlar. Ay səmada işıq saçıb Ramazanı yaxınlaşdırdıqca, biz Azərbaycan xalqına öz hörmətimizi ifadə edirik.
Qoy Allah nəzərlərini Azərbaycan xalqı üzərində saxlamaqda davam etsin.
Səmimiyyətlə,
Corc Buş
ABŞ Prezidenti
20 noyabr 2003-cü il.