AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Əliyev,
Azərbaycan xalqı təzə ayın altında Ramazanın qurtarmasını qeyd edərkən mən Prezident Buşa qoşularaq, xalqınıza bu münasibətlə Amerika xalqı adından ən xoş arzularımı göndərirəm.
Ümidvaram ki, üzümüzə gələn illərdə Azərbaycanın və Birləşmiş Ştatların xalqları arasındakı münasibətlər daha da möhkəmlənəcəkdir.
Səmimiyyətlə,
Kolin L. Pauell
ABŞ-ın dövlət katibi