AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident Heydər Əliyevin vəfatı xəbəri məni dərindən kədərləndirdi. Çin xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır. Sizə və ailə üzvlərinizə səbr diləyirəm.
Xu Szintao
Çin Xalq Respublikasının Sədri
Pekin şəhəri, 13 dekabr 2003-cü il