AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin atanız, Prezident Heydər Əliyevin vəfat etməsi barədə xəbəri böyük kədərlə qəbul etdim. Polyak xalqı adından, Polşa Respublikasının hökuməti adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm və böyük kədərinizi Sizinlə bölüşdürürəm. Cənab Prezident, bu çox kədərli xəbər ilə əlaqədar Sizin vasitənizlə ailə üzvlərinizə, qohumlarınıza, yaxınlarınıza və dostlarınıza da dərin hüznlə başsağlığı verirəm.
Aleksandr Kvasnevski,
Polşa Respublikasının Prezidenti
Varşava, 13 dekabr 2003-cü il.