AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ağır itki – zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Azərbaycanın böyük oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar olaraq Sizdən xahiş edirəm moldav xalqının və şəxsən mənim səmimi başsağlığımızı qəbul edəsiniz.
Heydər Əliyevin həyatdan getməsi onu tanıyanların, sevənlərin, ona hörmət edənlərin hamısının qəlbini ağrıtmışdır. O, bütün həyatını doğma xalqına, öz ana Vətəninə fədakarcasına xidmətə həsr etmişdir.
Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.
Xüsusən Sizin üçün, bütün qohumlarınız və yaxınlarınız üçün bu hüznlü günlərdə moldavan xalqı Sizinlə birlikdə kədərlənir və əvəzsiz itkinin doğurduğu ürək ağrınıza şərik çıxır.
Hörmətli İlham Heydər oğlu, dərin hüzn və kədər içərisində olduğumuzu Sizə bir daha bildirir və bütün Azərbaycan xalqının dərdinə ürəkdən şərik çıxdığımızı ona çatdırmağınızı xahiş edirəm.
Sizin həmdərdiniz,
Vladimir Voronin
Moldova Respublikasının Prezidenti
Kişinyov, 12 dekabr 2003-cü il.