AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ailənizə və Azərbaycan xalqına üz vermiş kədərlə - Heydər Əlirza oğlunun vəfatı ilə əlaqədar mənim və bütün moskvalıların ən səmimi başsağlıqlarımızı qəbul edin.
Biz Azərbaycan Respublikası Prezidentinin həm öz ölkəsinin xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq. Heydər Əlirza oğlu görkəmli dövlət xadimi və siyasi xadim olmuşdur. Azərbaycan Respublikasının suveren dövlət kimi təşəkkül tapması həmişə onun adı ilə bağlı olacaqdır.
Heydər Əlirza oğlunun nurlu obrazı qəlbimizdə həmişəlik qalacaqdır.
Yuri Lujkov
Moskvanın meri
Moskva, 13 dekabr 2003-cü il.