AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız, Azərbaycanın böyük oğlu və görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə və səmimi başsağlığımı qəbul edin.
Heydər Əlirza oğlunun bütün həyatı aramsız qələbələr və nailiyyətlərdən ibarət olmuşdur. O, qeyri-adi bacarığa və fitri müdrikliyə malik olaraq, özünün bütün şüurlu həyatını Vətənə xidmətə həsr etmişdir. Müstəqil Azərbaycan üçün ağır vaxtlarda Heydər Əlirza oğlu Əliyev Vətənin gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü və qısa tarixi müddətdə xalqına sülh və əmin-amanlığı, dövlətə yeniləşməni, sabitliyi və inkişafı təmin etdi. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəlməsinə, Müstəqil Dövlətlər Birliyinin möhkəmlənməsinə və təşəkkülünə onun töhfəsi misilsizdir. Heydər Əlirza oğlu Əliyevin adı və işi milyonlarla insanın taleyində parlaq iz buraxmış, Azərbaycanın və Müstəqil Dövlətlər Birliyinin tarixinə həmişəlik yazılmışdır.
Tale mənə Prezident Heydər Əliyev ilə dəfələrlə şəxsən ünsiyyətdə olmaq imkanı bəxş etmişdir. Bu görüşlər barədə, müdrik siyasətçi, istedadlı rəhbər və gözəl insan Heydər Əlirza oğlu Əliyev haqqında işıqlı xatirələr qəlbimdə həmişəlik qalacaqdır.
Yuri Yarov
Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin
sədri – icraçı katibi 13 dekabr 2003-cü il.