AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – görkəmli siyasi xadim Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Gürcü pravoslav kilsəsi adından və şəxsən öz adımdan səmimi başsağlığımızı qəbul edin. Onun təkcə Azərbaycan xalqı qarşısında deyil, həm də dünya birliyi qarşısında xidmətləri böyükdür.
Ümidvarıq ki, gürcü və Azərbaycan xalqları arasındakı münasibətlərdə təməli qoyulmuş dostluq telləri gələcəkdə də möhkəmləndiriləcək və dərinləşdiriləcəkdir.
Dərin hörmətlə,
II İliya
Katolikos, Bütün Gürcüstanın patriarxı
Tbilisi, 14 dekabr 2003-cü il.