AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Özbəkistanın böyük dostu, müdrik və görkəmli dövlət xadimi, Azərbaycanın sədaqətli oğlu, bütün ömrünü xalqa fədakarcasına xidmətə həsr etmiş insanın – atanız Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.
Əvəzolunmaz və ağır itki ilə əlaqədar Sizin üçün və bütün Azərbaycan xalqı üçün bu çətin gündə Özbəkistan xalqı adından və şəxsən öz adımdan ən dərin hüznlə başsağlığı vermək və dərdinizə şərik çıxdığımızı bildirmək istəyirəm.
Səmimiyyətlə,
İslam Kərimov,
Özbəkistan Respublikasının Prezidenti
Daşkənd, 13 dekabr 2003-cü il