AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlunun vəfatı xəbərini Gürcüstanda dərin hüznlə qarşıladılar. Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli dövlət xadimi həyatdan getmişdir. Yeni Azərbaycan dövlətçiliyinin təşəkkülü və dirçəlişi onun adı ilə bağlıdır. Əsasən, onun vətəndaş mərdliyi, zəngin təcrübəsi, dəyanəti və öz xalqının rifahı naminə fədakar əməyi sayəsində qardaş Azərbaycan xalqı iqtisadiyyatda və sosial həyatda belə görkəmli uğurlar qazanmışdır.
Heydər Əliyev əzəldən xalqlarımızı birləşdirən dostluq və qardaşlığın möhkəmlənməsinə olduqca böyük töhfə vermişdir. Onun nurlu xatirəsi həmvətənlərimin qəlbində həmişəlik qalacaqdır.
Gürcü xalqı adından və şəxsən öz adımdan Sizə və yaxın adamlarınıza ən dərin hüznlə başsağlığı verirəm.
Nino Burcanadze,
Gürcüstanın Prezidenti vəzifəsinin icraçısı
Tbilisi, 14 dekabr 2003-cü il