AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm atanız Prezident Heydər Əliyevin həyatdan getməsi xəbərini
böyük hüznlə öyrəndim.
Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.
Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı dostluğa və əməkdaşlığa əsaslanan münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasında mərhum Heydər Əliyevin səyləri hər zaman xatırlanacaqdır.
Bu ağır itki münasibətilə mərhuma Allahdan rəhmət diləyir, Zati-alilərinizə və yaxınlarınıza, Azərbaycan xalqına səmimi qəlbdən başsağlığı verirəm.
Abdullah Gül
Türkiyə Respublikasının xarici işlər
naziri və Baş nazirin müavini
13 dekabr 2003-cü il.