AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – sovet epoxasının və müstəqil Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadiminin, ölkənin danılmaz və olduqca nüfuzlu liderinin - bütün Azərbaycan xalqının mənafelərini uca tutaraq, ölkəyə otuz ildən artıq bir dövrdə inamla rəhbərlik etmiş liderin vəfatı ilə əlaqədar dərin hüzn keçirirəm.
Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.
Ailəniz üçün, Azərbaycan və Rusiya, bütün Müstəqil Dövlətlər Birliyi və dünya birliyi üçün, şəxsən mənim üçün əvəzolunmaz itki ilə əlaqədar ən səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə Sizin,
Vyaçeslav Trubnikov
Rusiya Federasiyası xarici işlər nazirinin
birinci müavini, Rusiya Federasiyası
Prezidentinin MDB-nin üzvü olan dövlətlərdə
federal nazir dərəcəsində xüsusi nümayəndəsi,
ordu generalı
Moskva, 14 dekabr 2003-cü il.