AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbəri məni dərindən sarsıtdı. Görkəmli dövlət xadimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qardaşlıq, mehriban qonşuluq münasibətlərinin inkişafına misilsiz töhfə vermiş bir insan həyatdan getdi.
Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi qəlbimizdə həmişəlik qalacaqdır.
Möhtərəm İlham Heydər oğlu, ən səmimi başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Vladimir Yakovlev
Rusiya Federasiyası hökuməti sədrinin müavini
Moskva, 13 dekabr 2003-cü il.