AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini eşitdikdə çox təəssüf etdim. Mən Avropa Yenidənqurma və İnkişaf Bankı adından Sizə və Azərbaycan xalqına səmimi başsağlığımı ifadə edirəm.
Müstəqilliyin ilk illərində ölkədə sabitlik yaradılmasında cənab Heydər Əliyevin rolu yaxşı məlumdur. Onun güclü liderliyi sayəsində Azərbaycan dünya dövlətləri arasında öz mövqeyini təsdiq edə bildi. O, həm də iqtisadi inkişaf və sərmayələr üçün yeni imkanlar açılması işinə töhfə verdi.
Mən ümidvaram ki, cənab Heydər Əliyevin irsi firavan və demokratik Azərbaycan qurulması üçün möhkəm əsas olacaq, bu irsdən ölkənin xalqı bəhrələnəcəkdir.
Səmimiyyətlə Sizin,
Jan Lemyer Avropa Yenidənqurma və İnkişaf
Bankının prezidenti
London, 15 dekabr 2003-cü il.