AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mən istərdim ki, atanız Prezident Heydər Əliyevin vəfatı ilə bağlı keçirdiyim həyəcan və dərin kədər hisslərimi bildirim. Prezident Heydər Əliyev ilkin keçid dövrünün çətin zamanlarında Azərbaycanın sükanı arxasında durdu. O, ölkəni uzaqgörənliyi, nüfuzu və dövlət xadimi məharəti ilə irəli apardı. O, xalqının böyük kütlələrinin dəstəyini və sevgisini qazandı.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Sizin ölkə Avropa Şurasına daxil oldu və demokratik dəyişikliklər üzrə üzərinə böyük öhdəliklər götürdü. Atanızın xəstəliyi və vəfatından sonra indi Sizin özünüz gərək, yeni seçilmiş Prezident kimi, üzvlüklə bağlı öhdəliklərin yerinə yetirilməsini təmin edəsiniz.
Siz bilirsiniz ki, bu missiyanı yerinə yetirməkdə Avropa Şurasının dəstəyinə bel bağlaya bilərsiniz.
Mən istəyirəm ki, Sizə və Azərbaycan xalqına səmimi başsağlığımı bildirim.
Səmimiyyətlə Sizin,
Valter Şvimmer Avropa Şurasının baş katibi
Strasburq, 15 dekabr 2003-cü il.