AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə məmnuniyyətlə Sizə ən səmimi təbriklərimi yetirir, işlərinizdə uğurlar diləyir, Azərbaycan xalqına isə ürəkdən sülh və firavanlıq arzularımı çatdırıram.
Əminəm ki, dövlətlərimiz arasında münasibətlər, xüsusən iqtisadiyyat və ticarət sahəsindəki əməkdaşlığımız gələcəkdə də xalqlarımızın mənafeyi naminə daha da genişlənəcək və inkişaf edəcəkdir.
Cənab Prezident, Dövlət müstəqilliyi günü münasibətilə Sizi bir daha təbrik edir və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Trayan Besesku
Rumıniyanın Prezidenti