Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dağıstan və Azərbaycan xalqlarımızın zəngin mədəni və qarşılıqlı sosial-iqtisadi əlaqələri təcrübəsinə, xalqlarımızın tarixi talelərinin ümumiliyinə, onların qarşılıqlı etimadına əsaslanan, tarixən formalaşmış möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bağlıdırlar.
Bu gün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafı regionda sabitliyin və təhlükəsizliyin mühüm amili, xalqlarımızın rifahı naminə Dağıstan ilə Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın əsasıdır. Əminəm ki, biz bundan sonra da Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.
Maqomedsalam Maqomedov
Rusiya Federasiyası Dağıstan Respublikasının
Prezidenti