Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Türkmənistan xalqı və Hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunam.
Qəti əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətləri Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı və bol-bol həyat enerjisi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm.
Hörmətlə,
Qurbanqulı Berdiməhəmmədov
Türkmənistanın Prezidenti