Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu!
Sizi Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm!
Sizə cansağlığı və ali dövləti vəzifədə daha səmərəli fəaliyyət, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm.
Fürsətdən istifadə edərək Moskva vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuzu təsdiqləyirəm.
Hörmətlə,
Boris Qromov
Moskva vilayətinin qubernatoru