Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident,
Monqol xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Qəti əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra da monqol və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.
Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Saxiaqiyn Elbeqdorj
Monqolustanın Prezidenti