Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Səmimiyyətlə ümid edirəm ki, qardaş ölkələrimiz arasında mövcud əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və şəxsi rifah arzulayıram.
Zillur Rəhman
Banqladeş Xalq Respublikasının Prezidenti