Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə, Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə öz adımdan, Şri-Lanka Hökuməti və xalqı adından səmimi arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının xalqına isə davamlı tərəqqi və rifah diləyirəm.
Mahinda Racapaksa
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti