Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından və şəxsən öz adımdan ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram.
Məhəmməd bin Rəşid Al Məktum
Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti və Baş naziri,
Dubayın Hökmdarı