Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
Bu əlamətdar bayram münasibətilə Allah-Təaladan ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.
Təsisatınız - İslam İnkişaf Bankı Azərbaycan Respublikasından aldığı böyük dəstəyi yüksək dəyərləndirir.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Doktor Əhməd Məhəmməd Əli
İslam İnkişaf Bankı Qrupunun Prezidenti