Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Əs-səlamu aleykum va rəhmətullahi va bərəkatuhu.
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan olduqca məmnunam.
Ölkələrimiz arasındakı mövcud dostluqdan razıyam, beynəlxalq sahədə ikitərəfli əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi işini davam etdirməyi səbirsizliklə gözləyirəm.
Ən xoş arzularla,
Həssənal Bolkiah
Bruneyin Sultanı