Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına çatdırdığım səmimi təbriklərə Kamboca Hökuməti və xalqı da qoşulur. Həmçinin Sizə cansağlığı, Azərbaycan xalqına rifah diləyir, ən xoş arzularımızı bildiririk.
Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmlənəcəyinə inanıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Norodom Siamoni
Kambocanın Kralı