Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə bizim dövlətin adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Fərəhlə qeyd edirik ki, son illərdə Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması işində böyük uğurlar qazanmışdır.
Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin yenidən inkişaf etməsindən məmnunam. Əminəm ki, iki ölkənin ali rəhbərliyinin ciddi diqqəti, nazirlik və idarələrin fəal əlaqələndirmə işi sayəsində Vyetnam ilə Azərbaycan arasında əməkdaşlıq hər iki xalqın mənafeyi naminə bundan sonra da inkişaf edəcək, regionda və bütün dünyada sülhün, sabitliyin və əməkdaşlığın qorunub saxlanmasına kömək edəcəkdir.
Qardaş Azərbaycan Respublikasının bu təntənəli bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.
Sizə, cənab Prezident, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm.
Nquen Min Çiyet
Vyetnam Sosialist Respublikasının Prezidenti