Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına kanadalılar adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan və Kanada əksər beynəlxalq təşkilatların üzvü olaraq bir çox məsələlər üzrə əməkdaşlıq edirlər. Kanada son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafını müşahidə edir və hesab edir ki, bu, ölkənizin sosial, iqtisadi və siyasi inkişafına imkan yaradır.
Bu əlamətdar günün qeyd olunması münasibətilə Sizə və Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və rifah arzu edirəm.
Hörmətlə,
Devid Conston
Kanadanın General-qubernatoru